İslam Poreni “boğdu”
İyunun 2-nə keçən gecə Nyuarkda (Nyu Cersi, ABŞ) UFC 302 turniri baş tutub.
Aut.az xəbər verir ki, turnirin əsas döyüşündə yüngül çəkidə UFC çempionu İslam Maxaçev və Dastin Pore qarşılaşıb.
Döyüş 5-ci raundun bitməsinə 2 dəqiqə qalmış Maxaçovun rəqibini boğaraq məğlub etməsi ilə başa çatıb.
İndi Maxaçovun hesabında 26 qələbə və bir məğlubiyyət var. Pore 39 döyüşdən 9-unu uduzub.
Aut.az
