Polislə dalaşan Pore bəyanat yaydı: O, atamın həyatını məhv etdi…
37 yaşlı keçmiş UFC çempionu, amerikalı Dastin Porenin Corciya ştatının Atlanta hava limanında polis məmuru ilə dava etməyə cəhd etdiyi barədə xəbər vermişdik.
Daha sonra o, ictimai yerdə sərxoş olduğuna görə həbs edilmişdi.
Aut.az xəbər verir ki, Pore sosial media hesabında yazıb:
“Köməyə ehtiyacım olduğu nöqtəyə çatmışam. Döyüşdən təqaüdə çıxmaq mənim üçün çətindir və spirtli içki həll yolu deyil. O, atamın həyatını məhv etdi və mən də onun mənim həyatımı məhv etməsinə icazə verməyəcəyəm. Ailəm mənə 100% layiqdir. Düşüncələrimi düzəltmək və düzgün seçim etmək üçün əlimdən gələni edirəm”.
Dastin artıq azadlıqdadır. Qeyd etmək lazımdır ki, Corciyada ictimai yerlərdə sərxoşluğa görə bir ilə qədər həbs cəzası və ya cərimə nəzərdə tutulur.
Aut.az
