Aşpazına “Rolex” aldı, yenə tənqid olundu – FOTO
İki çəki kateqoriyasında keçmiş UFC çempionu, tarixin ən zəngin MMA döyüşçüsü olan Konor Makqreqor növbəti dəfə diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, bu dəfə işçisinə verdiyi hədiyyəyə görə tənqid atəşinə tutulub.
Ötən gün Makqreqor öz restoranına gedib , burada aşpaz kimi çalışan Ed Rethorna 50 illik yubileyi münsibəti ilə “Rolex” saatı hədiyyə edib.
“Ad günün mübarək. 50 yaşınız münasibətilə təbrik edirik. Bütün gözəl işlərə görə sizə təşəkkür etmək istəyirəm, burada olduğunuz üçün çox minnətdarıq. Sənə böyük bir hədiyyəm var. 50 illik yubileyiniz üçün onu sizə hədiyyə etmək istəyirəm. Siz “Rolex Club”a qoşulmusunuz. İşiniz heyrətamizdir, işləməyə davam edin, biz sizi qiymətləndiririk”, – deyə Makqreqor təbrik nitqi zamanı bildirib.

Bir işçi üçün əla hədiyyə kimi görünsə də, Makqreqor Rethorna “Rolex”in ən ucuz saatını verdiyi iddiası ilə tənqid atəşinə tutulub. Bir sosial media istifadəçisi şərhdə yazıb: “Bu adam ona gözəl “Rolex” belə verə bilməzdi.”
Digəri istehza ilə yazıb: “Niyə mənə bunun yenidən hədiyyə olduğunu hiss edirəm? Bilirsiniz, Konor şkafda yatan saatı tapdı və dedi: “Onu aşpazıma verəcəm”.
“Onun aşpazı artıq Rolex taxır”, – deyə başqa bir istifadəçi qeyd edib.
