İtaliya

Məşqdə mübahisə olur, paltardəyişmə otağında isə… – Hakan sirri açdı  

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu A Seriyasının 20-ci turunda Milan klubunun “Monza”ya 5:1 hesabı ilə qalib gəldiyi son matçla bağlı fikirlərini bölüşüb.

“Monza”ya qalib gəlmək bizim üçün vacib idi, onların keyfiyyətli oyunçuları var və öz oyunlarını necə tətbiq etməyi bilirlər. Amma biz oyuna çox yaxşı kökləndik və hesab edirəm ki, qələbəyə layiq idik.

Komandadakı atmosferdən danışırıqsa, məşq zamanı bir-birimizə əsəbiləşirik, amma paltardəyişmə otağında çox müsbət mikroiqlim var. Gördüyünüz kimi, biz meydanda və hətta ondan kənarda bir ailəyik”, – deyə Çalhanoğlunun sözlərindən jurnalist Alfredo Pedullanın rəsmi saytı sitat gətirib.

Xatırladaq ki, “Monza” ilə matçda türkiyəli futbolçu iki qol vurub.

İtaliya çempionatının 20 turundan sonra “neradzurri” 51 xal toplayıb və hazırda ən yaxın rəqibi “Yuventus”u 5 xal qabaqlayaraq, turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, lakin Turin komandasının ehtiyatda bir oyunu var.

Aut.az