İtaliya

Dilini dinc saxlamadı, iş açdılar

İtaliya Futbol Federasiyası (FIGC) hakimi tənqid etdiyi üçün “Roma”nın baş məşqçisi Joze Mourinyoya qarşı iş açıb.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Sassuolo” ilə oyundan əvvəl referi Matteo Marsenaro haqqında danışıb. Mourinyo hakimliklə bağlı narahatlığının olduğunu söyləyib: “O, artıq üç dəfə bizim matçlarda işləyib. Düşünmürəm ki, onun bu səviyyədə işləmək üçün sabitliyi yoxdur”.

Daha sonra baş məşqçi fikrini tam düzgün ifadə etmədiyini deyib.

Qeyd edək ki, “Roma” A Seriyasında 14 oyundan sonra 24 xalla dördüncü yerdədir.