“Real”ın keçmiş skautu Manolo Romero Vinisius Juniorun çıxışını tənqid edib.
Aut.az xəbər verir ki, Manola onu Xviça Kvaratsxeliya ilə müqayisə edib və üstünlüyü gürcüyə verib.
“Mən Kvaratsxeliyanı Vinisiusa dəyişmək variantından əl çəkməzdim.O, Mbappe və Rodriqo ilə əla hücum xətti yaradacaq.
Vinisius çox səhv edir, ən yaxşı şəkildə oynamır, vurulan qolların arxasında gizlənir. Onunla tamamilə fərqli ünsiyyət qurmaq lazımdır. Onu monitorun qabağına oturtmaq və 30 dəfə “Jirona” ilə matçı göstərmək lazımdır ki, məhz bu Vinisiusa komandanın ehtiyacı var (“Jirona” ilə 24-cü tur matçında (4:0) Vinisius qol vurdu. və iki məhsuldar ötürmə etdi – red.). Onu qorxutmaq lazımdır.
O, “Jirona”ya qarşı oynadığı kimi oynamalı, axmaq oynamamalıdır. Vinisius beyni sayəsində çox şey əldə etməyəcək, ona görə də onu Kvaratsxeliya ilə əvəz edərdim”, – “Mundo Deportivo” Romerodan sitat gətirib.
Xatırladaq ki, bu mövsüm Vinisius bütün turnirlərdə 27 matçda iştirak edib, 16 qol vurub, 8 məhsuldar ötürmə edib.
Aut.az