İspaniya

“Selta” ona tapşırıldı – FOTO

“Selta” rəsmi olaraq əsas komandanın yeni baş məşqçisinin təyinatını açıqlayıb.

Aut.az xəbər verir ki, bu, 36 yaşlı ispaniyalı mütəxəssis Klaudio Jiraldesdi.

Bundan əvvəl o, klub sistemində olub. Gənclər və əvəzedici komandalarla işləyib. Xatırladaq ki, o, “Selta”nın baş məşqçisi postunda dünən istefaya göndərilən Rafael Benitesi əvəzləyib .

“Selta” hazırda İspaniya La Liqasının turnir cədvəlində 17-ci yerdədir.

“Selta” ona tapşırıldı – FOTO

Aut.az