İspaniya

Titul qazandıran məşqçini qovurlar

“Sevilya” baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırmaq istəyir.

Aut.az xəbər verir ki, Əndəlüs təmsilçisi yeni mütəxəssis axtarışındadır. Bu barədə AS nəşri məlumat yayıb

Rəhbərlik ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olan 62 yaşlı baş məşqçinin hazırkı nəticələrdən razı deyil.

Qeyd edək ki, “Sevilya” La Liqada 8 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.