Dünya cempionatı

DÇ ilə bağlı təklif: Niyə final matçı burada olmasın?

“Barselona”nın baş məşqçisi Xavi 2030-cu ildə keçiriləcək Dünya Kubokunun formatıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, gənc mütəxəssis final matçıyla bağlı təklif irəli sürüb:

“Format qeyri-adidir. “Barselona” həmin vaxt, yəni təmirdən sonra ölkənin ən böyük tutumlu “Kamp Nou” stadionuna sahib olacaq. Niyə final matçı burada olmasın”?

Qeyd edək ki, DÇ-2030-un Argentina, Uruqvay, Paraqvay, Portuqaliya, İspaniya və Mərakeşdə keçirilməsi nəzərdə tutulub. Final matçı son 3 ölkədən birində keçiriləcək.