Dünya cempionatı

FİFA ABŞ qarşısında “ağ bayraq” qaldırdı: Artan DÇ-2026-da olmayacaq

FİFA somalili hakim Omar Abdulkadir Artanla bağlı rəsmi açıqlama yayıb.

Aut.az xəbər verir ki, 2025-ci ilin ən yaxşı Afrika hakimi seçilən Artanın ABŞ-yə girişinə icazə verilməib. O, Mayami Beynəlxalq Hava Limanına çatdıqdan sonra səbəb açıqlanmadan ölkəyə buraxılmayıb. Hazırda hakim Türkiyədədir.

Somali ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərt giriş məhdudiyyətləri tətbiq etdiyi ölkələr siyahısına daxildir. ABŞ immiqrasiya orqanları Artanın ölkəyə buraxılmamasının konkret səbəbini açıqlamayıb.

FİFA isə rəsmi bəyanatında Omar Abdulkadir Artanın ABŞ-yə giriş icazəsi ala bilmədiyi üçün 2026-cı il dünya çempionatının oyunlarını idarə edə bilməyəcəyini təsdiqləyib:

“FİFA təsdiqləyir ki, baş hakim Omar Abdulkadir Artan ABŞ-yə girişinə icazə verilmədiyi üçün 2026-cı il dünya çempionatının oyunlarını idarə edə bilməyəcək. FİFA ev sahibi ölkənin immiqrasiya proseslərində, o cümlədən viza müraciətlərinin qiymətləndirilməsində iştirak etmir və səlahiyyətli orqanlardan Artanın statusunun hazırda dəyişdirilməyəcəyi barədə məlumat alıb. Əvvəlki FİFA turnirlərində olduğu kimi, vizanın verilməsi və ölkəyə girişə icazə ilə bağlı yekun qərarı ev sahibi ölkənin hökuməti qəbul edir”.