Dünya cempionatıAzərbaycan futbolu

Banişevskinin tarixi qolundan 57 il ötdü – VİDEO/FOTO

57 il bundan əvvəl – 1966-cı ilin bu günlərində futbolun vətəni İngiltərədə Dünya çempionatı Azərbaycan futbol tarixinə qızıl hərflərlə düşüb. Milli komandamız mundialda iştirak etməsə də, ölkəmiz SSRİ-nin tərkibində olsa belə, dünyanın bir nömrəli yarışında təmsil olunub.

Banişevskinin tarixi qolundan 57 il ötdü - VİDEO/FOTO

Bəlkə də çoxlarınız söhbətin hakim Tofiq Bəhramovdan və futbolçu Anatoli Banişevskidən getdiyini bilirsiz. Düzdür, DÇ-1966 Bəhramov üçün olduqca uğurlu alınıb. O, final matçındakı qərarı ilə bütün dünyaya səs salıb. Ədalət təmsilçisi bu gün futbol dünyasında xatırlanır.

Dumanlı Abliondakı yarış 20 yaşlı Banişevski üçün də maraqlı keçib. O, turnirdə 5 matçda iştirak edib. Anatolinin mundiallardakı debütü elə SSRİ-nin turnirdəki ilk oyununa təsadüf edib. İyunun 12-də qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşmada komanda Koreya Xalq Demokratik Respublikası ilə qarşılaşıb.

Banişevskinin tarixi qolundan 57 il ötdü - VİDEO/FOTO

Banyanın siftəsi uğurlu alınıb. Molofeyevin dubl etdiyi qarşılaşmada o da fərqlənib. Mükəmməl baş zərbəsiylə topu koreyalıların qapısından keçirən Anatoli komandasının görüşdəki 2-ci qoluna imza atıb. Nəticədə matç SSRİ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Neftçi”nin 20 yaşlı futbolçusunun mundiallar tarixində ilk və sonuncu qolu kimi tarixə düşüb. Ancaq o, komandasının DÇ-1966-nı dördüncü yerdə bitirməsində pay sahibi olub. Anatoli KXDR ilə görüşdən başqa SSRİ-nin turnirdəki bütün oyunlarında – İtaliya (1:0), Çili (2:1) (hər ikisi qrup), Macarıstan (2:1) (1/4 final), Almaniya (1:2) (1/2 final) və Portuqaliya (1:2) (3-cü yer uğurnda) ilə qarşılaşmalarda 90 dəqiqə meydanda olub.