Xavi “onu gətirin” deyir
“Barselona”nın baş məşqçisi Xavi “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonu komandasında görmək istəyir.
Aut.az xəbər verir ki, 29 yaşlı futbolçunun universal olması gənc mütəxəssisin diqqətini cəlb edib. Xavi hər iki cinahda çıxış edə bilən Joaonu komandasında görməkdə israrlıdır.
“Şəhərlilər” Portuqaliya millisinin üzvünün satış dəyərini 80 milyon avro olaraq müəyyənləşdirib. Maliyyə problemləri yaşayan “Barsa” bu məbləği ödəmək iqtidarında deyil. Ona görə futbolçunun icarəyə götürülməsinə üstünlük verilir.
“Siti”nin baş məşqçisi Pep Qvardiola ilə münasibətləri pozulan Kanselo İspaniya klubuna keçməyə müsbət yanaşır. Bu səbəbdən kataloniyalıların idman direktoru Mateo Alemani Mançester təmsilçisi ilə danışıqlar prosesini sürətləndirib.
Qeyd edək ki, ötən mövsüm “Mançester Siti”dən başqa, icarə əsasında “Bayern”də çıxış edən Kanselo 47 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 11 məhsuldar ötürmə verib.
