Belə biabırçılıqla üzləşməmişdilər
“Mançester Yunayted” tarixində ilk dəfə İngiltərə Premyer Liqasında keçirdiyi 7 start oyunundan 4-də məğlub olub.
Aut.az xəbər verir ki, bu, mankunianlılar üçün son 34 ildə çempionatda ən pis başlanğıcdır.
Premyer Liqanın yeddi turundan sonra “Mançester Yunayted” 9 xal toplayıb. Hazırda komanda çempionatda 10-cu yerdədir. “Qırmızı şeytanlar” üç London komandasına – “Tottenhem”ə (0:2), “Arsenal”a (1:3), “Kristal Pelas”a (0:1) və “Brayton”a (1:3) uduzub. Digər üç oyunda “Mançester Yunayted” “Vulverhempton” (1:0), “Nottingem Forest” (3:2) və “Bernli” (1:0) üzərində qələbə qazanıb.
Xatırladaq ki, mankunianlılar ötən mövsümün sonunda Premyer Liqada 3-cü yeri tutaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Aut.az
