İngiltərə

Danışıqlar yekunlaşır: MY onlara satılır

Şeyx Casim Əl-Taninin rəhbərlik etdiyi Qətər konsorsiumu İngiltərənin “Mançester Yunayted” klubunu almağa yaxındır .

Aut.az xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Əl-Kaabi məlumat verib.

“Mövcud şərtləri nəzərə alaraq, idman haqqında danışmaq istəmirəm, amma sizi əmin edə bilərəm ki, ser Cim Retkliff “Mançester Yunayted”i almayacaq, çünki o, ilk növbədə ciddi deyildi.

Üç təklif alan Qleyzerlərin inadından sonra qətərlilər klubu almağa çox yaxındır”, – deyə Əl-Kaabi yazıb.

Xatırladaq ki, amerikalı Qleyzer ailəsi 2005-ci ildən “Mançester Yunayted”in sahibidir.

Aut.az