İki avropalı idmançının ləyaqətsiz davranışı qalmaqal yaratdı – FOTO
Sentyabrın 12-dən 17-dək Çində “Tour of Guangxi” velosiped yarışı keçiriləcək.
Aut.az xəbər verir ki, yarışın başlaması ərəfəsində “Intermarche Circus Wanty” komandasının iki atleti – belçikalı Qerben Teyssen və estoniyalı Madis Mikhelsin iştirakı ilə irqçi qalmaqal yaranıb.
Teyssen “İnstaqram”da Mikhelsin asiyalılara qarşı irqçi və təhqiredici hesab edilən dar gözlü jestini göstərən bir şəkil paylaşıb.
“Intermarche Circus Wanty” komandası ictimaiyyətdən üzr istədi və ləyaqətsiz davranışa yol verən idmançıları turnirdən uzaqlaşdırıb.

Aut.az
