Digər

Gender testi qalmaqalı ilə üzləşən boksçular bayraqdar olacaqlar

Boksçular İman Xelif və Lin Yutinq Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının bağlanış mərasimində müvafiq olaraq Əlcəzair və Tayvanın bayraqdarı olacaqlar.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Fransa paytaxtında Olimpiadanın bağlanış mərasimi bu gün, avqustun 11-də, Bakıa vaxtı ilə saat 23:00-da başlayacaq.

Xelif və Yutinq Oyunların əsas xəbər meykerlərindən birinə çevrildi. Olimpiya Oyunları başlamazdan əvvəl idmançılar cinsi təyinetmə testindən keçə bilməməkdə ittiham olunurdular (ABB-nin məlumatına görə, onların testlərində kişi xromosomu və yüksək testosteron səviyyəsi aşkar edilib). Sonra Xelif və Yutinq 66 və 57 kiloqram çəki dərəcələrində Olimpiyadanın qızıl medallarını qazandılar.

Aut.az