Digər

3 parataekvondoçumuz xüsusi dəvətlə Cənubi Koreyaya yollandı

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) xüsusi dəvətlə Cənubi Koreyanın Muju şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Aut.az  xəbər verir ki, Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu dəvət olunub.

Xatırladaq ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksinin birgə təşkilatçılığı ilə seçilmiş idmançılar üçün təşkil olunan hazırlıq iyulun 7-nə qədər davam edəcək.