İspaniya

“Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam küçədən əşyalar toplayıb”  

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal ulduz statusunun ağırlığını hiss edib-etmədiyi ilə bağlı suala cavab verib.

Aut.az xəbər verir ki, “Kadena Ser” Yamalın sözlərini sitat gətirib:

“Mən heç vaxt bu yükü öz üzərimə götürmürəm. Daha çox əziyyət çəkən insanlar var. Anam məni 16 yaşı olanda dünyaya gətirib – bu, əsl təzyiqdir. Atam isə evə yemək gətirmək üçün küçədən əşyaları toplayıb. Təzyiq budur. Etməli olduğum tək şey futbol oynamaq və ispan azarkeşlərini sevindirməkdir”.

İspaniya iyulun 2-də Avstriya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az