Agentindən Lamin Yamalla bağlı mühüm açıqlama
Barselona”nın 17 yaşlı kataloniyalı vingeri Lamin Yamalın agenti Xorxe Mendes futbolçunun müqaviləsinin mümkün uzadılması haqda danışıb.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsindəki səhifəsində Mendesin sözlərini sitat gətirib.
Yamalın hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Lamin Yamal mütləq “Barselona” ilə yeni müqavilə imzalayacaq. Lamin “Barselona”da qalmalıdır. Nə vaxt deyə bilmərəm, amma mütləq olacaq. O, 2024-cü ili fenomenal keçirdi. Şəxsən mənim üçün o, ötən il İspaniya millisi və “Barselona” ilə dünyanın ən yaxşı oyunçusu oldu”, – Mendes deyib.
Bu mövsüm Lamin Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Aut.az
