Basketbol

Lourens “Sumqayıt”da

“Sumqayıt” yeni basketbolçu ilə güclənib.

Aut.az xəbər verir ki, ABŞ-dən olan oyun qurucusu Eli Lourens heyətə cəlb edilib.

194 sm boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerasına 2019-cu ildə “Middle Tennessee Blue Raiders” klubunda başlayıb və 2023-cü ilə qədər bu komandada oynayıb.

Onun son klubu “Texas AM Aggies” klubu olub.