İspaniya

“Real”a şad xəbər: 2 ulduz zədəsini sağaltdı

“Real”ın braziliyalı vingeri Vinisius Junior və “Los Blankos”un avstriyalı müdafiəçisi David Alaba məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, hər iki futbolçu məşqin ilk hissəsini ümumi qrupla keçirib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Alaba çarpaz bağ zədəsindən sağalıb və sonuncu dəfə ötən il dekabrın 17-də meydana çıxıb. Vinisius zədəsini gözlənildiyindən tez sağaldıb və vaxtından əvvəl meydana qayıtmağa hazırdır.

Aut.az