Dünya futbolu

PSJ onunla danışıqları dondurdu: Maaş tələbinə görə

PSJ qapıçısı Canluici Donnarumma ilə yeni müqaviləylə bağlı danışıqları dondurub.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.

Paris klubunun rəhbərliyi futbolçunun hazırkı səviyyəsinin onun tələb etdiyi artan maaşa uyğun olmadığını düşünür.

Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm 25 yaşlı qolkiper Fransa klubunun heyətində bütün yarışlarda 12 oyun keçirib, 14 qol buraxıb. İtalyanın PSJ ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Aut.az