İngiltərə nəhəngləri 17 yaşlı istedad uğrunda mübarizəyə başladılar
“Çelsi” və “Mançester Yunayted” “Qremio”nun müdafiəçisi Luis Eduardo ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, klublar Braziliyanın gənclərdən ibarət yığmasının 17 yaşlı müdafiəçisi ilə artıq danışıqlara başlayıb və yaxın həftələrdə təkliflər irəli sürə bilərlər.
Onun “Qremio” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir və 60 milyon avroya satın alma maddəsini ehtiva edir.
Aut.az
