Ermənistanda oynayan rusiyalı futbolçu komanda yoldaşının arvadına sataşdı və…
Rusiya yığmasının sabiq futbolçusu, hazırda Ermənistanın “Urartu” klubunda oynayan Denis Qluşakov komanda yoldaşı ilə münaqişəyə görə heyətdən kənarlaşdırılıb.
Aut.az xəbər verir ki, bu barədə “Mutko Vs” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi başqa futbolçunun həyat yoldaşına təcavüz etdiyi üçün “Şirak”la oyunun heyətinə salınmayıb.
“Bir neçə gün əvvəl başqa bir rusdilli futbolçu ilə (kim olduğunu dəqiq bilirəm, amma onun soyadını qəsdən çəkməyəcəyəm) münaqişə baş verdi.
Əvvəlki oyunlardan birindən sonra Rusiya və Ukraynadan olan uşaqlar yerli restoranların birində bir araya gəliblər. Görüş zamanı Qluşakovun “Urartu”nun başqa bir oyunçusu ilə münaqişəsi yaranıb. Həmin futbolçu Qulşakov həyat yoldaşı ilə “romantik münasibətdə” ittiham edib.
Komandanın baş məşqçisi Dmitri Qunko digər oyunçunun tərəfinə keçib və Qluşakovu heyətdən kənarlaşdırıb”, – məlumatda deyilir.
37 yaşlı futbolçu fevralda “Urartu”ya keçib. “Spartak”ın və Rusiya millisinin keçmiş yarımmüdafiəçisi klubda 12 matça çıxıb və 1 məhsuldar ötürmə verib.
Aut.az
