Həddindən artıq şayiə yayılır – Gələcəyi haqda danışdı
“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo gələcəyi ilə bağlı sualı cavablandırıb.
“Mənim gələcəyim? Bu barədə həmişə çoxlu söz-söhbət, şayiələr olur, amma mən “Barselona”da çox xoşbəxtəm”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Arauxodan sitat gətirib.
Daha əvvəl “mavi qranatlar”ın prezidenti Joan Laporta 25 yaşlı müdafiəçinin klubdakı gələcəyi ilə bağlı sualı cavablandırarkən, əmək müqaviləsinin uzadılacağına inandığını bildirmişdi. Xatırladaq ki, Arauxonun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Əvvəllər mətbuatda “Bavariya”nın uruqvaylı futbolçu ilə fəal maraqlandığı və yay transfer pəncərəsində onun üçün 100 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.
Bu mövsüm Arauxo bütün turnirlərdə 31 matçda iştirak edib və bir qol vurub.
Aut.az
