İspaniya

Vinisius “Barsa”nın hər bir oyunçusunu ayrı-ayrılıqda təbrik edib

Vinisius futbol meydançasında tez-tez emosiyalara qapılır və bu da ona qarşı aqressiya yaradır.

Aut.az xəbər verir ki, bazar günü keçirilən “el klasiko” zamanı Vinisius ” Barselona” azarkeşlərinə “Real Madrid”in Çempionlar Liqasını 15 dəfə qazandığını jestlə xatırladıb.

Lakin final fit çalınanda Vinisius olduqca mehriban görünüb.  “Kamp Nou”dakı oyundan sonra braziliyalı futbolçu “Barselona”nın bütün oyunçularını təbrik edərək onların əlini  sıxıb.

“El Klasiko”nun nəticələrinə əsasən, “Barselona” mövsümün bitməsinə üç tur qalmış İspaniya çempionu olub.

Aut.az