İspaniyaAlmaniya

Klopp bu ulduzu dərhal satacaq: “Real”ın baş məşqçisi olsa

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yayda “Real Madrid”in baş məşqçisi ola bilər.

Aut.az xəbər verir ki, “Topskills Sport UK”nin məlumatına görə, alman mütəxəssis “kral klubu”nun yeni baş məşqçisi olarsa, ilk qərarlarından biri yarımmüdafiəçi Cud Bellinqemi  satmaq olacaq.

Səbəb Kloppun ingilis futbolçunu yetərincə peşəkar hesab etməməsidir. Həmçinin qeyd olunur ki, əgər “Real Madrid”ə bu vəzifəyə iddialı olan “Əl-Hilal”ın məşqçisi Simone İnzagi təyin olunarsa, o, Bellinqemi komandada saxlayacaq.

Cud Bellinqem 2023-cü ilin yayında 127 milyon avroya “Borussiya Dortmund”dan “Real”a keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Yarımmüdafiəçi bu mövsüm 26 oyunda meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.

Aut.az