Qışda “Bavariya”dan ayrılacaq, əgər…
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska yayda Münhen klubundan ayrılmamaq qərarı verdi, lakin qış transfer pəncərəsində bunu edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi klubun idman direktoru Maks Eberl ilə vəziyyəti müzakirə edib və israrla bildirib ki, yayda “Bavariya”dan ayrılmaq istəmir, lakin yanvarda vəziyyətinə yenidən baxacaq.
Əgər o vaxta qədər onun oyun müddəti artmasa, Qoretska İngiltərə Premyer Liqasına keçmək ehtimalı ilə “Bavariya”dan ayrılmağı düşünəcək. Əvvəllər onunla “Mançester Yunayted” maraqlanırdı, lakin konkret danışıqlar olmamışdı.
Aut.az
