AlmaniyaDünya cempionatı

Almaniya millisində ciddi itki

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix Almaniya millisinin məşqində zədələnib.

Aut.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının məlumatına görə, 30 yaşlı futbolçu sağ ayaq biləyində kapsul zədəsi alıb və son məşqi buraxıb.

“Kapitanımız dünən məşq zamanı sağ ayaq biləyində kapsul zədəsi aldı. O, komanda ilə Lüksemburqa yollanacaq, lakin matçda iştirak etməyəcək”, – deyə federasiyanın rəsmi açıqlamasında bildirilib.

Gözlənilir ki, Coşua DÇ-2026-nın son seçmə matçına – Slovakiya ilə qarşılaşmaya qədər tam sağalacaq. Millinin həkimləri onun bərpası üçün maksimum səylər göstərir.

Almaniya millisi noyabr 14-də Lüksemburqla, 3 gün sonra Slovakiya ilə üz-üzə gələcək.

Aut.az