“Bavariya” Noyerlə bağlı mövqeyini rəsmən açıqladı: Gedir, yoxsa qalır?
“Bavariya”nın idman direktoru Maks Eberl komandanın qapıçısı Manuel Noyerin gələcəyi ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, klubla müqaviləsi bu ilin yayında başa çatan əfsanəvi qolkiperlə bağlı bunları deyib:
“Noyer klub üçün çox iş görüb. Onun tezliklə 40 yaşı olacaq və Manuel hələ də yüksək səviyyədə çıxış edir. Biz danışıqlar masası arxasına əyləşib müqavilə məsələsini müzakirə edəcəyik”.
Xatırladaq ki, Manuel Noyer 2011-ci ilin yayından etibarən Münhen təmsilçisinin formasını geyinir. Cari mövsümdə qapıçı 20 oyunda iştirak edib, bu görüşlərdə 21 qol buraxıb. 6 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Aut.az
