Almaniya

“Bavariya” 12 mövsüm sonra fiasko yaşadı

“Bavariya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a məğlub olub. “Santyaqo Bernabeu” arenasında keçirilən görüş 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksələn madridlilərin (ilk oyun 2:2) xeyrinə başa çatıb.

Aut.az xəbər veirr ki, nəticədə Münhen klubu bu mövsüm titulsuz qalıb. “Bavariya” üçün bu mövsüm 2011/12 mövsümündən sonra ilk belə futbol ili olub.

2023/24 mövsümündə Tomas Tuxelin komandası çempionluq uğrunda mübarizədə “Bayer”ə uduzub, Almaniya kubokunda 1/16 final mərhələsində dayanıb və Almaniya Superkuboku uğrunda görüşdə məğlub olub.