Qvardiola ilə bağlı sensasion iddia
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2026-cı ilin yayında klubu tərk etməyi düşünür.
Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, 54 yaşlı ispaniyalı mütəxəssis “şəhərlilər”lə müqaviləsinin 2027-ci ilin iyunun sonuna kimi olmasına baxmayaraq, bu mövsümün sonunda gələcəyinə yenidən baxacaq.
Həmçinin bildirilir ki, Pep klubdan ayrılsa, onu Vinsent Kompani (“Bavariya”), Roberto De Zerbi (“Marsel”) və Andoni İraola (“Bornmut”) əvəz edə bilər.
Xosep Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. Bu müddət ərzində o, komanda ilə 6 Premyer Liqa və 2023-cü ildə Çempionlar Liqası da daxil olmaqla 18 kubok qazanıb.
Xatırladaq ki, “Liverpul”la qarşılaşma Qvardiolanın məşqçilik karyerasında 1000-ci oyunu olub.
Aut.az
