İngiltərə

“Yunayted”də qapıçı böhranı: Altay hazırdır, amma…

“Mançester Yunayted” ABŞ-a mövsümöncəsi turuneyə Andre Onanasız hazırlaşır.

O, zədə səbəbindən həftələrlə yaşıl meydanlardan kənarda qalacaq.

Aut.az xəbər verir ki, ehtiyat oyunçu Altay Bayındır meydana çıxmağa hazır olsa da, baş məşqçi Ruben Amorim yeni qapıçı transfer edilməsini istəyir.

Onananın satılacağı ilə bağlı söz-söhbətlər yayılsa da, hələlik alıcı çıxmayıb. “Manchester Evening News”a görə, klub sadəcə zədəni ört-basdır etmir, həm də uzunmüddətli əvəzləyici axtarır. “Yunayted”in siyahısında bu 5 qapıçının adı var: Emiliano Martines (“Aston Villa”), Lukas Şevalyer (“Lill”),  Con Viktor (“Botafoqo”), Dieqo Kosto (“Portu”), Aaron Ramsdale (“Sautqempton”).

Aut.az