İngiltərə

“Yunayted”in Əmir İbrahimovu Rusiya vətəndaşlığını aldı – FOTO

“Mançester Yunayted”in gənclər komandasının hücumameyilli yarımmüdafiəçisi Əmir İbrahimov Rusiya vətəndaşlığını alıb.

Aut.az xəbər verir ki, bu barədə “Transfermarkt” portalının məlumatında məlum olub.

Dağıstanlı olan Əmirov 11 yaşında İngiltərəyə köçüb və ingilis kimi qeydiyyata alınıb. 2023 və 2024-cü illərdə cinah oyunçusu İngiltərə U15 və U16 komandalarında üç oyun keçirərək bir qol vurub.

Rusiya mətbuatı İbrahimovun bir gün əvvəl tibbi səbəblərdən Dağıstana uçduğunu yazıb. Ola bilsin ki, futbolçu bu müddət ərzində vətəndaşlığını dəyişib.

Bu mövsüm yarımmüdafiəçi “Mançester Yunayted”in gənclər komandalarında 9 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az

“Yunayted”in Əmir İbrahimovu Rusiya vətəndaşlığını aldı – FOTO
“Yunayted”in Əmir İbrahimovu Rusiya vətəndaşlığını aldı – FOTO