Salah iki rekordu birdən qıra bilər: “Qalatasaray”la oyunda
“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la oyunda iki rekord qıra bilər.
Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu “Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrageri keçərək komandanın Çempionlar Liqasında ən çox oyun keçirmə rekordçusu ola bilər (hər ikisinin hazırda 80 oyunu var).
Salaha həmçinin turnirdə 50 qola çatan ilk afrikalı oyunçu olmaq üçün bir qol lazımdır (hazırda onun 49 qolu var).
Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 30 oyunda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
