Dirəklə toqquşan futbolçu komaya salındı
“Nottingem Forest”in hücumçusu Tayvo Avoniyi Premyer Liqanın 36-cı turunda “Lester”lə (2:2) oyunda aldığı zədə səbəbindən süni komaya salınıb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, nigeriyalı futbolçu üzərində təcili əməliyyat keçirilib və zədə həyat üçün təhlükəli sayılır.
Görüşün ikinci hissəsində Tayvo Avoniyi bir epizodda dirəklə toqquşub. Tibbi yardım aldıqdan sonra o, oyuna qayıtsa da, bir müddət sonra əvəzlənməsini istəyib və xəstəxanaya aparılıb. Orada futbolçunun qarın boşluğunda təcili cərrahiyyə əməliyyatı aparılıb.
Aut.az
