Məhkəmə “Arsenal”ın yetirməsinə ağır cəza verdi: Uşağa təcavüz etdiyinə görə
“Arsenal”ın yetirməsi Kyeran Huyz-Meyson 14 il müddətinə azadlıqdan məhrum edilib.
Aut.az xəbər verir ki, O, 2,5 yaşlı uşağa təcavüz etdiyi üçün cəzalandırılıb.
Onunla bağlı insident 2020-ci ilin yanvarında Vestkliff-on-Si şəhərində baş verib. Kyeran komanda yoldaşının 2,5 yaşlı qızına işgəncə verib. Döyülmə nəticəsində uşaq kəllə-beyin travması alıb.
Dəhşətli hadisədən sonra qız bir neçə həftə tibbi səbəbli komada olub. O, hazırda yeriyə bilmir və əlil arabasından istifadə edir. Bundan əlavə, epilepsiyadan əziyyət çəkir. Uşağın danışığında da ciddi qüsurlar yaranıb.
Huyz-Meyson əvvəlcə ittihamlar üzrə özünü təqsirli bilməyib. NMəhkəməsi bu yaxınlarda onun işi ilə bağlı qərar çıxarıb. BBC-nin məlumatına görə, ingilis uşaq istismarında və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Daha çox aşağı liqa klublarında çıxış edən Kyeran Huyz-Meyson “Tottenhem” və Milluoll”un gənclər komandalarında da çıxış edib.
Aut.az
