İngiltərəİtaliya

17 yaşlı futbolçuya görə 60 milyon? – “Çelsi” əsas namizəddir

 “Çelsi” “Atalanta”nın 17 yaşlı mərkəz müdafiəçisi Honest Ahanor üçün əsas namizədlər arasındadır.

Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Mənbənin məlumatına görə, London klubu oyunçunun transferi üçün İtaliya komandasına 60 milyon avro təklif edə bilər. “Mançester Yunayted” və “Arsenal” da “Atalanta”nın müdafiəçisini izləyir.

Bu mövsüm Ahanor bütün yarışlarda 13 oyunda meydana çıxıb və bir qol vurub. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

Aut.az