İngiltərə

Ten Haq nədən sarı darıxır?

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, o, “Old Trafford” üçün  darıxdığını da etiraf edib.

55 yaşlı mütəxəssis 2024-cü ilin oktyabr ayının sonunda “Mançester Yunayted” istefaya göndərilmişdi.

“Növbəti mövsümün başlanğıcı olan iyulun 1-dək yeni işə başlamamağa qərar verdim.

“Yunayted”dəki karyeram? Darıxdığım bir şey varsa, o da “Old Trafford”dur. “Mançester Yunayted”də nailiyyətlər əldə etmişik, amma dediyim kimi, hər zaman inkişaf üçün yer var. Sadəcə “yaxşı” kifayət deyil”, – “SegStories” ten Haqdan sitat gətirib.

Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. Hazırda Ruben Amorimin başçılıq etdiyi “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Aut.az