Çempionlar LiqasıDünya futboluİngiltərə

UEFA ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqladı

Avropada 2022/23 mövsümünün ən yaxşı futbolçusunun adı müəyyənləşib.

Aut.az xəbər verir ki, UEFA tərəfindən təyin edilən nominasiyada “Mançester Siti”nin futbolçusu Erlinq Haaland qalib olub. Mükafat ona Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində təqdim olunub.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.

UEFA ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqladı