Neymar milyonluq “Ferrari” aldı – FOTO
“Santos” klubunun ulduz hücumçusu Neymar dəbdəbəli avtomobil alıb.
Aut.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Braziliyalı futbolçu 1,2 milyon avro dəyərində “Ferrari Purosangue” modelinə sahib olub.
Neymarın seçdiyi model qara rəngdədir və yalnız müəyyən işıq altında görünən metalik qırmızı detallarla tamamlanıb. Avtomobil 725 at gücünə malikdir.
Hücumçunun bundan əvvəl də bir neçə lüks idman avtomobili olub. Yaxın günlərdə o, dəyəri təxminən 650 min avro olan “Porsche 911 GT3 RS” və məhdud sayda buraxılmış “Rolls-Royce” modeli də alıb.

