Dünya futbolu

O da “sındı” – Avropa başa düşür: “Səudiyyə Ərəbistanı yaxındır”

Romelu Lukaku futbolçuların Səudiyyə Ərəbistanında oynamağa həvəsli olacağına inanır.

Aut.az xəbər verir ki, “Çelsi”nin üzvü, ötən mövsümü icarə əsasında “Roma”da keçirən belçikalı Səudiyyə Ərəbistanı çempionatına keçə biləcəyini açıqlayıb.

“Orada səviyyə yalnız artacaq. Çoxlarının düşündüyündən qat-qat yüksək səviyyəyə. Getdikcə daha çox futbolçu orada oynamağa çalışacaq.

İnfrastrukturun hələ də təkmilləşdirilməsinə ehtiyac var, lakin bütün Avropa klubları başa düşür: “Səudiyyə Ərəbistanı yaxındır”.

Bunu artıq boksda, qolfda, Formula 1-də görmək olar”, – Romelu Lukaku bildirib.

Aut.az