MBA-da 11 illik müqavilə – 76 milyard
MBA-nın NBC, ESPN və “Amazon” ilə müqavilələri daha 11 il qüvvədə olacaq.
Aut.az xəbər verir ki, liqa bu müddətdə 76 milyard dollar qazanacaq.
“The Wall Street Journal” xəbər verir ki, müqavilələr 2024/25 mövsümündən sonra qüvvəyə minəcək.
2002-ci ildən bəri ilk dəfə MBA oyunlarının yayım hüququnu geri alacaq NBC, ildə orta hesabla 2,5 milyard dollar ödəyəcək və mövsümdə 100-ə yaxın oyun nümayiş etdirəcək. Bu matçların təxminən yarısı “Peacock” axın xidmətində yayımlanacaq.
“Amazon”, adi mövsüm və pley-off oyunları, həmçinin MBA-nın mövsümlərarası turniri əhatə edən paketi üçün 1,8 milyard dollar ödəyəcək.
Aut.az
