Lebron Ceyms karyerasındakı əsas hədəfi açıqladı: O anı gözləyirəm ki…
“Los-Anceles Leykers”in təcrübəli basketbolçusu Lebron Ceyms karyerasını başa vurduqdan sonrakı planları barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, 40 yaşlı ulduz basketbolçu “Mind the Game” podkastında belə deyib:
“İndi səbirsizliklə o anı gözləyirəm ki, nəvələrimə bir lövhə göstərim və orada yazılsın: mən bir oyunda 101 xal toplamışam”.
Hazırda NBA tarixində bir oyunda ən çox xal toplayan basketbolçu 1962-ci ildə 100 xal vurmuş Uilt Çemberlenddir. İkinci yerdə isə 2006-cı ildə “Leykers”in heyətində 82 xal toplayan Kobe Brayant qərarlaşıb.
