Elə ilk oyunda unikal rekorda imza atdı
“Los-Anceles Leykers”in ulduzu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) unikal nailiyyət əldə edib.
Aut.az xəbər verir ki, “Polymarket”in məlumatına görə, veteran mövsümün ilk oyununda dubl-dabl edən ən yaşlı oyunçu olub.
Ceyms “Yuta Caz”a qarşı oyunda dubl-dabl edib (140-126). Həmin oyunda Lebron 11 xal toplayıb, 12 məhsuldar ötürmə edib və həmçinin üç top almağı bacarıb.
Bu, Lebronun mövsümdə ilk oyunu idi. Ulduz idmançının hazırda 40 yaşı var.
Aut.az
