İngiltərəDünya futbolu

“Siti” tələsmir, ərəblər fürsət bilib görüşdülər

Səudiyyə Ərəbistanı çempionatının nümayəndələri “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne ilə 2024-cü ilin yayında mümkün transferlə bağlı danışıblar.

Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Səudiyyə Ərəbistanı Liqasının rəhbərliyi gələn yay da avropalı ulduzların transferini davam etdirməyi planlaşdırırlar.

Onlardan biri də 32 yaşlı belçikalı ola bilər. Onun “Siti” ilə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir və hələlik “şəhərlilər” müqaviləni yeniləməyə tələsmir.

Məsələ burasındadır ki, “Mançester Siti”nin rəhbərləri Kevinin avqustda aldığı və 2023-cü ilin sonuna qədər sıradan çıxdığı zədədən sonra yeni müqavilə təklif etməzdən əvvəl onun qayıtmasını gözləmək istəyir.

Kevin De Bruyne ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol və 31 məhsuldar ötürmə edib. Hazırda o, həftədə 400 min funt-sterlinq qazanır, lakin Səudiyyə Ərəbistanında ona daha çox təklif oluna bilər.

Aut.az