Dünya futboluİspaniya

Mourinyo “Real”da prinsipini dəyişməyəcək – Sevimlilər olmayacaq

Joze Mourinyo “Real Madrid”i çalışdırmağa başlasa, prinsiplərindən yayınmayacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Touchline” qəzeti məlumat verib.

Mənbənin məlumatına görə, Mourinyonun komandada sevimliləri olmayacaq. “Real Madrid”dəki ilk karyerasında olduğu kimi, məşqçi komandadakı statusundan asılı olmayaraq, keyfiyyətinə şübhə ilə yanaşdığı istənilən oyunçunu ehtiyat oyunçular siyahısına salacaq.

Şayiələrə inansaq, Mourinyonun “Real Madrid”ə qayıdışı 99,9% razılaşdırılıb.

“Real Madrid”in hazırkı baş məşqçisi Alvaro Arbeloadır. Onun rəhbərliyi altında komanda La Liqada 80 xalla ikinci yerdədir.

Aut.az