Dünya futbolu

“Qızıl oğlan”ların siyahısı açıqlandı

2023-cü il “Golden Boy” (Qızıl oğlan) mükafatına namizədlərin yekun siyahısı məlum olub.

Aut.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 25 nəfərin siyahısını dərc edib.

Siyahıda “Real”, “Bayern”, “Leypsiq”, “Benfika” və “Barselona” kimi komandaların hər birindən 2 futbolçu yer alıb. Namizədlər arasında Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər də var.

Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2022-ci ildə bu titula İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Qavi layiq görülüb.

Siyahı: Cud Bellinqem, Arda Gülər ​​(hər ikisi “Real”), Camal Musiala, Matis Tell (hər ikisi “Bayern”), Xavi Simons, Benjamin Şeşko (hər ikisi “Leypsiq”), Antonio Silva, Joao Neveş (hər ikisi“Benfika”), Alexandro Balde, Lamin Yamal (hər ikisi “Barselona”), Florian Virtz (“Bayer”), Corcio Skalvini (“Atalanta”), Rasmus Hoylund (“Mançester Yunayted”), Levi Kolvill (“Çelsi”), Yohan Bakayoko (PSV), Miloş Kerkez (“Bornmut”), Artur Vermeeren (“Antverpen”), Evan Ferqyuson (“Brayton”), Lukas Qurna-Duat (“Zalsburq”), Varren Zair-Emri (PSJ), Usman Diomande (“Sportinq”), Arnau Martines (“Jirona”), Andi Diuf (“Lans”), Bilal El-Hannus (“Genk”), Martin Baturina (“Dinamo”).