Dünya futbolu

Bir vaxtlar ulduz idi: Klub tapa bilmir

Bir vaxtların istedadlı futbolçuların biri hesab edilən Erik Lamela özünə yeni klub axtarır.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçunun hələlik konkret təklifi yoxdur. Bu barədə “Todofichajes” məlumat yayıb.

Argentinalı vinger keçən yaydan azad agentdir. Onun son iş yeri İspaniyanın “Sevilya” klubu olub.

MLS və Səudiyyə Ərəbistanı Erikin karyerasını davam etdirmək üçün mümkün variantlar arasındadır. Təcrübəli yarımmüdafiəçinin Argentinaya qayıtması da mümkündür.

Qeyd edək ki, Lamela La Liqa klubunda 12 oyun keçirib, iki qol vurub və üç sarı vərəqə alıb. Argentina millisinin sabiq üzvü karyerası ərzində “River Pleyt”, “Roma”, “Tottenhem” kimi klublarda da çıxış edib.