Dünya futbolu

Ölümcül təhlükəlidir: Luçeskuya əməliyyata girməməyi tövsiyə etdi

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku dekabrda Kiyevə gəlməyə hazırlaşır və orada koksartrozdan əməliyyat olunmalıdır.

Aut.az xəbər verir ki, bununla belə, Rumıniya Peşəkar Futbol Liqasının sabiq prezidenti Dumitru Draqomir 79 yaşlı mütəxəssisə ölümcül nəticələrlə dolu olduğu üçün belə riskə getməməyi tövsiyə edib.

“Bu zarafat deyil. Əgər əməliyyat olunarsa, bərpası bir aydan çox vaxt aparacaq. Amma ona əməliyyata getməməyi məsləhət görürəm. Bütün detalları bilmirəm, mən həkim deyiləm. Amma bunu mənə həddən artıq çox adam deyib. Fakt budur ki, orqanizm anesteziyaya müqavimət göstərmir.

Əlbəttə ki, elm dayanmır və bəlkə də yaşlı bir insanın bədəni bu anesteziyanı qəbul edir. Amma bunu yaşayan bir dostum var idi. O, anesteziyadan dünyasını dəyişdei. Bu təhlükədir. O, sadəcə olaraq oyanmaya bilər”, – Draqomir bildirib.

Aut.az